"Oyuna bir xal üçün çıxmışdıq. Ancaq təəssüf ki, buna nail ola bilmədik. Millinin və "Qarabağ”ın Çempionlar Liqasındakı oyunu ilə bağlı böyük fasilə yaranmışdı. Uzun müddət oynamadıq. Bu matçda ustalıq səviyyəsi öz sözünü dedi. Rəqib ustalıq səviyyəsinə görə bizdən aşkar üstün idi".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev evdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Digər klublarla səviyyə fərqi bu qədər olmayacaq. Həmin oyunlarda nəyəsə ümid etmək olar?
- Problemlərimiz çoxdur. Bu gün daha güclü komandaların məşqçiləri belə heyətdə problemləri olduğunu deyirsə, biz nə deməliyik? Bu il qarşımıza yüksək hədəf qoymamışıq. Yeni yaranmış komandayıq. Heyətimizdə futbolçu çoxdur. Gələn oyunlarda onlara da şans verməyə çalışacağıq.
- Rəqib hakim idarəçiliyindən narazı qaldı…
- Bu, baş məşqçinin öz fikridir. Mən hakimlikdən narazı qalmadım. Səhv varsa da, hakim də insandır, səhv edə bilər.
- Limit imkan versəydi, Pərviz Qaraxanovu əvəzləyərdiniz?
- Yəqin ki, gələn oyunlarda bu cür dəyişiklik olacaq.