Türkiyənin "Antalyaspor" klubunun baş məşqçisi Rıza Çalımbay istefaya göndərilib. Sportnet.az-ın məlumatına görə, Super Liqanın V turunda "Kayserispor"a 0:2 hesablı səfər məğlubiyyəti ilə bitən oyundan sonra belə bir qərar verilib.
Çalımbay komandadan getdiyini sabah mətbuat konfransında açıqlayacaq. Bu, Superliqada cari mövsümdə 4-cü istefadır. Daha əvvəl "Gənclərbirliyi"ndən Ümit Özat, "Yeni Malatyaspor"dan Ertuğrul Sağlam və "Osmanlıspor"dan Bülent Uyğun ayrılıb.
5 turdan sonra "Antalyaspor" 3 xalla 16-cı pillədə qərarlaşıb.








































































