
Azərbaycan milli komandasının futboçusu Emin Mahmudov "Neftçi"də ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın VI turunda "Qəbələ" ilə səfər matçında debüt edib. O, qarşılaşmanın 62-ci dəqiqədə İqnasio Herreranın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, Mahmudov yay fasiləsində Portuqaliyanın "Boavişta" klubundan ayrılıb və bir neçə gün öncə "Neftçi" ilə müqavilə bağlayıb.