"Ötən mövsüm "Milan" və "Yuventus" komandaları arasında İtaliya Super Kubokunun finalı Dohada keçirilib. Biz niyə Azərbaycanda, Doha oynamırıq? Türkiyədə futbolun səviyyəsi çox yetərsizdir”.
50 yaşlı funksioner bildirib ki, Türkiyə futbolunun marka dəyərini yüksəltmək lazımdır. Onun sözlərinə görə, bu yöndə yetərli işlər görülmür: "İtaliya və ya İspaniya bu istiqamətdə çalışırsa, biz niyə etmirik? Tanzaniyaya getsən, "Mançester Yunayted"in oyununu izləyə bilərsən. Marka dəyəri bu cür olur. Türkiyədəki matçlar izlənə bilinirmi? Türkiyədə öz vətəndaşlarını stadiona gətirə bilmirsənsə, başqalarını necə gətirəcəksən? Səviyyəni yüksəltmək lazımdır, səviyyəni!"
"Beşiktaş”ı həqiqi bir dünya klubuna çevirmək istədiklərini deyən F.Orman mövsümlərarası fasilə ərəfəsində Çində toplanış keçməyin tərəfdarı olduğunu vurğulayıb: "Məqsədimiz xaricdə tanınmaqdır. Çinə getmək, orada mövsüm öncəsi hazırlıq keçmək, qloballaşmaq istəyirik. "Fənərbağça" və ya "Trabzonspor"la çox oyun keçirdik. Əsas bu deyil. Türkiyə futbolunu gözəlləşdirmək üçün mübarizə aparmağımız lazımdır. Həqiqi bir dünya klubu olmaq istəyir və bunun üçün çalışırıq”.








































































