
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Çelsi" klubu İngiltərə Premyer Liqasının VII tur matçında "Mançester Siti"yə uduzub.
Sportnet.az-ın məlumatına görə, Londondakı "Stemford Bric" stadionunda keçirilmiş görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 67-ci dəqiqədə Kevin De Brüyne vurub.
Bu qələbədən sonra "Mançester Siti" (19 xal) "Mançester Yunayted"ə çatıb və turnir cədvəlində onunla ilk 2 yeri bölüşür. Aktivində 13 xalı olan "Çelsi" 4-cü mövqedədir.