Futbol üzrə 2018-ci il dünya çempionatının Çexiya yığması ilə seçmə qrup oyunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov üçün vida matçı olacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın saytına Sadıqovun özü açıqlama verib. O, Çexiya ilə matçın Azərbaycan millisi üçün cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: "Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.