21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Almaniya – Azərbaycan oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Freundschaft” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:1. Yığmamızın qolunu İlyas Səfərzadə vurub.
Qeyd edək ki, bu, yığmamızın yeni baş məşqçi Samir Ələkbərovu rəhbərliyi altında ilk oyunu olub. 3 oyundan sonra heç bir xalı olmayan Azərbaycan millisi 5-ci qrupda sonuncudur.
Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
Almaniya U-21 - Azərbaycan - U-21 - 6:1
Qollar: Filipp Oxs, 8; 37. Mahmud Dahud, 34. Anton Krivotsyuk, 53-öz qapısına. Marsel Hartel, 72. Sedrik Töxert, 83 - İlyas Səfərzadə, 86
Azərbaycan: 12. Mustafa Kemal Özhitay, 2. Sertan Taşkın, 4. Bəhlul Mustafazadə (kap.), 5. Serkan Baloğlu, 7. Ehtiram Şahverdiyev (14. Pərviz Qaraxanov, 56), 8. Qismət Alıyev (17. Əlibəy Məmmədli, 70), 11. Budaq Nəsirov, 16. İlyas Səfərzadə, 18. Anton Krivotsyuk, 19. İlkin Sadıqov (23. Fəhmin Muradbəyli, 64), 21. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 3. Vüqar Həsənov, 15. Oleq Hüseynov, 20. Eltun Turabov
Baş məşqçi: Samir Ələkbərov