Gəncə şəhər stadionunun yenidənqurmadan sonra istifadəyə veriləcəyi vaxt müəyyənləşib. Klubdan Sportnet.az-a verilən məlumata görə, bu, oktyabrın 22-nə təsadüf edəcək. Həmin gün "Kəpəz" "Neftçi"ni qəbul edəcək. Oyun Azərbaycan Premyer Liqasının VII turuna təsadüf edəcək.
Qeyd edək ki, Gəncə şəhər stadionunun ot örtüyündə təmir işləri ötən mövsüm yekunlaşdıqdan sonra başlayıb.









































































