
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, futbolçularımız İrlandiyanın Ueksford şəhərindəki Ferrycarrig Park stadionunda Kipr yığması ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Bununla da Təbriz Həsənovun rəhbərlik etdiyi kollektiv elit-raunda yüksələ bilməyib.
Qeyd edək ki, yığmamız seçmə mərhələnin ilk oyununda İrlandiya komandası ilə 0:0 hesablı heç-heçə edib, ikinci qarşılaşmada isə Serbiya yığmasına 1:4 hesabı ilə məğlub olub.
AÇ-nin ilkin seçmə mərhələsi
10 oktyabr
16:00. Kipr - Azərbaycan - 2:1
Qol: Louka Panagiotis, 61-p. Roles Markos, 70-p. - Bahadur Həziyev, 90+2
KİPR U-19 |
AZƏRBAYCAN U-19 |
1. Demetris Demetriou
2. Petros Ioannou
4. Zacharias Adoni
5. Marcos Stylianides
6. Ioannis Panayides (k)
10. Marcos Roles
15. Nikolas Menelaou
16. Michael Mousic
17. Andreas Katsantonis
18. Charalampos Charalampous
19. Panagiotis Louka
Ehtiyat oyunçular:
12. Rafail Pittadjis
3. Michalis Genethliou
7. Styliaanos Panteli
8. Christos Hadjipaschalis
9. Michalis Charalampous
11. Konstantinos Konstantinou
13. Loizos Pounnas
14. Giannis Gerolemou
20. Konstantinos Sergiou |
12. Məmməd Hüseynov
4. Yusif Həsənov
5. Elçin Əsədov
6. Pilağa Mehdiyev
8. Bahadur Həziyev
10. Fərid Nəbiyev (k)
11. Barış Ekincier
14. Hüseyin Seyliqli
17. Murad Qayalı
18. Rafael Məhərrəmli
21. Doğukan Öksüz
Ehtiyat oyunçular:
1. Murad Popov
22. Şahin Zəkiyev
2. Metin Güler
3. Ricət Qarayev
7. Süleyman Əhmədov
9. İbrahim Əliyev
15. Ceyhun Muxtarlı
16. Murad Mahmudov
20. Əsgər Hüseynov |
Baş məşqçi: Neophytos Larcou |
Baş məşqçi: Təbriz Həsənov |