1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçki ilə bağlı növbəti iddia
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Sloveniya yığması ilə ilkin razılıq əldə edib. Sportnet.az-ın "Ekipa 24" nəşrinə istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis yekun anlaşma üçün bu gün Lyublyana şəhərinə yollanacaq.
Yığmanın baş məşqçi postuna yerli mütəxəssislər Darko Milaniçlə Matyaj Kek də namizəddir. Lakin Sloveniya Futbol İttifaqı (NZS) baş məşqçinin əcnəbi olmasını istəyir. Üstəlik, Prosineçki Sloveniya futboluna yaxından bələddir. O, 2002-2003-cü illərdə futbolçu kimi Lyublyana "Olimpiya"sının formasını geyinib. 48 yaşlı mütəxəssisin digər namizədlərdən üstünlüyü AFFA ilə müqaviləsinin dekabradək olmasıdır.
Prosineçki Azərbaycan millisinin səfərdə Almaniya yığması ilə keçirdiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Bakıya qayıtmayıb. AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riyad Rəfiyev baş məşqçinin bir neçə günlük icazə aldığını bildirib. Onun sözlərinə görə, xorvatiyalı mütəxəssis yaxın günlərdə Bakıya gələcək. Daha əvvəl Sloveniya mətbuatı Prosineçkinin NZS-dən ilinə 800 min avro əmək haqqı istədiyini, lakin qurumun prezidenti Rade Miyatoviç bu qədər vəsaiti ödəmək imkanlarının olmadığını yazıb.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə Prosineçkinin yaxın günlərdə Bakıya qayıdacağını və AFFA rəhbərliyinə hesabat verəcəyini söyləyib. O, baş məşqçi ilə bağlı məlumatdan xəbərsiz olduğunu əlavə edib.
Qeyd edək ki, Sloveniya millisi dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün baş məşqçi Sreçko Katanets istefaya göndərilib.