
Ukrayna Premyer Liqasında XII turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" səfərdə "Olimpik"lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətində başlayan müdafiəçi 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Aleksandriya" klubu 12 oyundan sonra 9 xalla 9-cu pillədə qərarlaşıb.