Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Caner Erkin ağır cəzaya məruz qalıb.
Sportnet.az-ın məmlumatına görə, müdafiəçi "Başakşəhər"lə matçda hakimə söyüş söyüb. Caner bu hərəkətinə görə Türkiyə Futbol Federasiyası tərəfindən 6 oyunluq cəzalanıb. Kart cəzası da olan futbolçunun 7 qarşılaşmada komandasına kömək edə bilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, "Beşiktaş" "Başakşəhər" matçı 1:1 hesabı ilə başa çatıb.