
Bu gün Ukrayna Premyer Liqasının 6-cı turunda növbəti oyunlar keçirilib. Sportnet.az-ın məlumatına görə, "Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan "Dnepr” səfərdə "Metallist"lə qarşılaşıb.
Görüş Dnepropetrovsk təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:2. "Dnepr"in heyətində qolları Qama (3), Konoplyanka və Seleznyov vurub.
19:00. "Metalist” – "Dnepr” 2:5
Qol: Bolbat, 65. Xavyer 90+5 - Qama, 14, 43, 63. Seleznyov, 88. Konoplyanka, 90+3
Qeyd edək ki, Ukrayna çempionatında 6 turdan sonra 16 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşan Dnepropetrovsk təmsilçisini lider "Şaxtyor”dan cəmi 2 xal ayırır.