"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə Topaz Premyer Liqasının XI tur matçından əvvəl mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, Qurbanova Gəncə klubu, azarkeşləri və şəhər ictimaiyyəti adından gül dəstəsi təqdim olunub. Bu, Gəncə şəhər stadionundakı oyundan əvvəl baş verib. Gül dəstəsinin "Kəpəz"in sarı-göy rənglərində olması diqqət çəkib.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.