1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" "Beşiktaş"la qarşılaşacaq
Türkiyədə keçirilən ənənəvi "Limra Cup” turnirinə start verilib. Sportnet.az-ın məlumatına görə, yarışda iştirak edən "Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası ilk iki matçda böyükhesablı qələbə qazanıb.
Rüstəm Məmmədovun baş məşqçi olduğu U-11 "BD Spor” komandası ilə qarşılaşmada 3 xal əldə edib – 4:0. Qolları Ömər Kərimov, Həsən Nəzirli, Murad Əbilov və Ziya Şəkərxanov vurub.
"Qırmızı-qaralar” "Manavqatspor”la matçda Türkiyə təmsilçisinə 10 cavabsız qolla qaib gəlib. Bu qarşılaşmada Həsən Nəzirli və Ziya Şəkərxanov hərəyə 2, Ömər Ağabəyov, Murad Əbilov və Ömər Kərimov hərəyə 1 dəfə fərqlənib. Daha 3 qol rəqibin avtoqolları hesabına gerçəkləşib.
İki matçdan sonra turnirin lideri olan "Qəbələ” bu gün daha bir Türkiyə təmsilçisi "Kəmər Kartalları”, noyabrın 7-də "Vətən” (Azərbaycan) və "Lokomotiv” (Rusiya) ilə görüşəcək. Noyabrın 8-də baş tutacaq son matçda isə rəqib yerli "Beşiktaş” olacaq.
Qeyd dək ki, U-11 komandalarının yarışında 7 komanda dairəvi sistemlə mübarizə aparır.