İngiltərənin "Vest Hem” klubu baş məşqçi Sılavan Bilici vəzifəsindən kənarlaşdırıb.
Sportnet.az-ın məlumatına görə, buna səbəb klubun cari mövsümdə uğursuz çıxışıdır. 49 yaşlı mütəxəssis komandanı 2015-ci ildən çalışdırır.
Qeyd edək ki, Bilicin rəhbərliyində London klubu 2015-2016 mövsümünü 7-ci, 2016-2017 mövsümündə isə 11-ci pillədə başa vurub. "Vest Hem" bu mövsüm isə 11 turdan sonra 9 xalla 18-ci yerdədir.