1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məşqçinin etirafı: "Bəxtimiz gətirdi"
Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayan "Trabzonspor"un baş məşqçisi Vahid Xəlilhociç Ukrayna "Metallist"i ilə səfər oyunundan sonra maraqlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, bosniyalı çalışdırıcı komandasının bəxt sayəsində qalib gəldiyini deyib:
"Deməzdim ki, ideal oynadıq. Çox vacib və çətin qələbə qazandıq. Amma etiraf edirəm ki, bəxtimiz də gətirdi. Stadionun ot örtüyü daha yaxşı oynamağımıza mane olurdu, bununla belə, çıxışımız məni tam qane etmədi. Təbii, nəticədən narazı qala bilmərəm, 2:1 hesablı qələbə bizə 3 xal gətirdi".
Yeni heyəti sınaqdan çıxardığını deyən Xəlilhociç qarşıdakı oyunlarda artıracaqlarına inanır: "Bugünkü heyəti ilk dəfə idi yoxlayırdım. Əlbəttə, səhvlərimiz var idi. Lakin gəlin, nikbin olaq".
Qeyd edək ki, Türkiyə klubu qələbə qolunu əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə vurub - 1:2.