
"Sumqayıt” futbol klubu qış fasiləsində növbəti transferini həyata keçirib.
Sportnet.az xəbər verir ki, Sumqayıt təmsilçisi "Qəbələ”dən Ülvi İsgəndərovu icarəyə götürüb.
Cari mövsümdə "qırmızı-qaralar”ın əvəzedici komandasında çıxış edən 20 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb. O, 70 nömrəli forma ilə çıxış edəcək.
İsgəndərov cari mövsümdə "Qəbələ"nin əvəzedici komandasının heyətində 13 qol vurmaqla bombardirlik siyahısında ilk pillədə qərarlaşıb
Qeyd edək ki, "Sumqayıt” qış fasiləsində Elnur Abdullayev və Nicat Qurbanovla müqavilə bağlayıb.