Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiyada təşkil olunan və "4 Cafika" adlanan xeyriyyə turnirində iştirak edib.
Sportnet.az-ın məlumatına görə, 4 min biletin satıldığı və sponsorlardan əldə olunan yarışmanın gəliri əlilliyi olan uşaqlara və yetkinlərə kömək edən reabilitasiya mərkəzinə verilib.
Qeyd edək ki, sözügedən turnirdə Prosineçkidən başqa İvitsa Oliç və Stip Pletikosa kimi məşhurlar iştirak edib.