1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Yalnız çempionata köklənsək, kubokla vidalaşacağıq"
"Anji"ni rəqib kimi seçməkdə məqsədimiz var idi. Rəqiblərin siyahısı gələndə ilk olaraq, "Anji"ni seçmişdik. Çünki daha güclü rəqiblə qarşılaşmaq istəyirdik".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununda Rusiyanın "Anji" klubuna 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.
O, "Sumqayıt"ın oyununu və komandanın toplanışını yaxşı qiymətləndirib: "Komandamızdan, işimizdən razıyıq. Məğlub olmağımıza baxmayaraq, hər şey yaxşıdır. Gördüyünüz kimi, komandamızda ciddi dəyişiklik yoxdur. Xeyli sayda oyunçu ilə də güclənməmişik. Düşünürəm ki, çempionat başlayanda problem yaşamayacağıq. Neçə vaxtdır bir yerdə oynayan komandayıq. Çempionata neçə faiz hazır olduğumuzu demək çətindir. Çünki yoxlama oyunları ilə çempionat matçları arasında fərq olur. Hər oyun bizə əlavə motivasiya olacaq. Oyunlar digər matçlara hazırlıq olacaq".
Abasov daha sonra çempionatdakı və kubokdakı şansları baradə danışıb: "Biz ancaq çempionata köklənsək, kubokla vidalaşacağıq. Kubokda da canımızı qoyub, çempionatı unutsaq, özümüz problemlə üzləşəcəyik. Biz hər iki cəhbədə mübarizə aparmaq istəyirik. Real danışsam, biz kubokda bura qədər irəliləməyi gözləmirdik. Rəqibimiz "Qarabağ" idi. O səddi keçmişik. Hər matça ciddi baxırıq və oyunlara qalibiyyət ruhu ilə çıxmağa məcburuq. Çıxış yolumuz da yoxdur. Futbolçulara avrokuboklar barədə danışmağı qadağan etməmişəm. Komandada yaxşı əhval-ruhiyyə var. Sevindirici məqam odur ki, oyunçular özləri buna doğru gedirlər. Avrokuboklar üçün əlimizdən gələni edəcəyik. Bu şansı bir də nə vaxt qazanacağımızı bilmirəm".