1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Bədavi Hüseynov tələsmir
"Yavaş-yavaş sağalıram. Artıq 3 ay arxada qaldı. Həkimlər buna müalicəmin ilkin mərhələsi kimi baxırdılar. Hazırda özümü yaxşı hiss edirəm. Qaçmağa başlamışam, bir müddət sonra topla çalışamalara da başlamaq olar. Yaxınlarda Almaniyaya yollanacağam və belə demək olarsa, tam sağalmağa doğru istiqamət götürəcəyəm".
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Bədavi Hüseynov deyib. 27 yaşlı müdafiəçi bildirib ki, yaşıl meydanlara dönüşü martın sonu, aprelin əvvəllərinədək çəkəcək. Lakin o, martın 27-də Azərbaycan və Makedoniya yığmaları arasında Türkiyənin Antalya bölgəsində təşkil olunacaq yoldaşlıq görüşünə yetişməsinin sual altında olduğunu vurğulayıb: "Tələsmək istəmirəm. Orada oyuna çıxıb zədəni daha da çətinləşdirə bilərəm. Ona görə də risk etməyək. Premyer Liqada mövsümün sonuna qədər bir-iki oyunda çıxış edə bilsəm, yaxşı olar. Əsas gücümü yaya saxlayıram. Avrokuboklar və ən əsası, yığmaya Millətlər Liqasında tam gücümlə xeyir vermək istəyirəm. Tələsib, o imkanı da qaçıra bilərəm".
Qeyd edək ki, Bədavi Hüseynov 2017-ci il oktyabrın 18-də Bakıda "Qarabağ"la İspaniya "Atletiko"su arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında zədələnib.