1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Daniel Seqoviya: "Baş verənlər məni öldürmür"
"Vida zamanı gəldi. "Neftçi"nin həqiqi azarkeşlərinə gözəl vaxtlarla yanaşı, xüsusən, pis dövrlərimizdə verdikləri böyük dəstəyə görə minnətdaram".
Sportnet.az xəbər verir ki, bunu flaqmanla yollarını ayıran Daniel Seqoviya sosial şəbəkədəki hesabından bildirib. O sözlərinə belə davam edib: "Baş verənlər məni öldürmür, əksinə güclü edir".
Bununla yanaşı, ispaniyalı hücumçu keçmiş klubu Avstriya "Sankt Polten"indəki oyununundan fotosunu paylaşıb. Avstriya mətbuatı 33 yaşlı hücumçunun "Sankt-Polten" rəhbərliyi ilə sıx əlaqədə, yerli azarkeşlər arasında isə məşhur olduğunu yazıb.
Qeyd edək ki, "Neftçi" rəhbərliyi Daniel Seqoviyanın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.