1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" - "Şkendiya" matçında dava: Ruslan Qurbanovu vurdular
Türkiyənin Antalya bölgəsində "Qəbələ" və Makedoniyanın "Şkendiya" komandaları arasındakı yoxlama matçında kütləvi toqquşma baş verib.
Sportnet.az-ın məlumatına görə, insidentə 39-cu dəqiqədə "Şkendiya"nın futbolçusunun "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Filip Ozobiçə qarşı kobud oyunu səbəb olub. Daha sonra Stiven Monroz Makedoniya komandasının futbolçularından birinin kobud ifadəsi ilə qarşılaşıb. Bunu görən "Qəbələ"nin və "Şkendiya"nın ehtiyat oyunçular skamyasında oturanlar da meydana girib. Tərəflər arasındakı toqquşma zamanı "Şkendiya"nın oyunçularından biri "Qəbələ"nin hücumçusu Ruslan Qurbanovu vurub. Təqribən 2 dəqiqəyədək davam edən mübahisələrin sonunda tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, ilk yarıdan sonra "Qəbələ" hesabda geridədir - 0:2.