Futzal üzrə Azərbaycan milli komandası Sloveniyadakı Avropa çempionatında qrup mərhələsinin son oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib 7 qat Avropa və 2 qat dünya çempionu İspaniya olub. Lyublyana şəhərindəki "Stojitse" Arenasında təşkil olunmuş qarşılaşma pireneylilərin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 14-cü dəqiqədə Pola vurub.
Bununla da İspaniya millisi D qrupunu 4 xalla 1-ci pillədə başa vurub. Azərbaycan yığması isə 3 xalla 2-ci olub. Hər iki komanda 1/4 finala yüksəlib. Fransa isə 1 xalla qrupda qalıb.
Növbəti mərhələdə İspaniyanın rəqibi Ukrayna olacaq. Azərbaycan isə Portuqaliya ilə üz-üzə gələcək. Daha 2 1/4 final görüşləri isə Serbiya və Qazaxıstan, həmçinin, Sloveniya və Rusiya arasında olacaq.
Oyunlar 5-6 febralda keçiriləcək.
1/4 final mərhələsi
5 fevral
Serbiya - Qazaxıstan
6 fevral
Sloveniya - Rusiya
Azərbaycan - Portuqaliya
İspaniya - Ukrayna
Avropa çempionatı
4 fevral
21:00. Ukrayna - Portuqaliya 3:5
23:45. Azərbaycan - İspaniya 0:1
Qol: A. A. Perreyra, 13:21
Hakimlər: Vladimir Kadıkov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)
Hər iki görüş Lyublyana şəhərindəki "Stojitse" Arenasında keçiriləcək.