Topaz Premyer Liqasının XVI turunda Gəncədə "Keşlə”ni qəbul edəcək "Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına başlayıb.
Sportnet.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edib.
"Sarı-göylər”in məşqləri hər gün saat 11:00-da olacaq. "Kəpəz” fevralın 16-dək bu məkanda hazırlıq keçəcək.