Avropa Liqasının qrup mərhələsində "Qarabağ” klubuna rəqib olan Fransa "Sent-Etyen”inin heyətində ciddi itki baş verib. Sportnet.az-ın məlumatına görə, mövsümə yaxşı başlayan türkiyəli hücumçu Mevlüt Ərdinç Fransa çempionatının səkkizinci turunda "Marsel” ilə qarşılaşmada zədələnib.
Həkimlər Ərdinçin 3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib. Bu xəbər Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimi də üzüb. Çünki millinin hücumçusu oktyabrin 10-u və 13-də keçiriləcək Çexiya və Latviya ilə oyunları buraxmalı olacaq.
Qeyd edək ki, Mevlüt Erdinç 18 sentyabrda keçirilən "Qarabağ" - "Sent-Etyen" matçında da iştirak edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab qarşılaşması isə 27 noyabrda Fransada keçiriləcək.