
İspaniya La Liqasının 24-cü turunda "Real Madrid" klubu səfərdə "Betis"lə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, ilk hissəni məğlub başa vuran Madrid təmsilçisi yekunda qələbəyə sevinib. 8 qolun vurulduğu qarşılaşma "Real Madrid"in 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 45-ə çatdıran Madrid klubu 4-cü pillədə qərarlaşıb.