1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Şaxtyor"dan əzmkar qələbə, "Mançester Yunayted"dən qolsuz heç-heçə - YENİLƏNDİ
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına bu gecə keçirilmiş 2 oyunla yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Ukraynanın Xarkov şəhərində "Şaxtyor" qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olmuş İtaliya "Roma"sını qəbul edib. İlk yarıda qonaqların türk futbolçusu Cengiz Ünder hesabı açsa da, fasilədən sonra meydan sahibləri 2 qol vuraraq, qələbəyə nail olublar.
Günün digər matçında isə İspaniya və İngiltərə klublarının dueli baş tutub. "Sevilya" doğma azarkeşlər önündə "Mançester Yunayted" ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki qarşılaşmalarında "Yuventus" İtaliyada İngiltərə "Tottenhem"i ilə 2:2, "Çelsi" İngiltərədə İspaniya "Barselona"sı ilə 1:1 hesablı heç-heçə edib. "Real Madrid" İspaniyada Fransa PSJ-sini 3:1, İngiltərənin "Mançester Siti" klubu İsveçrədə "Bazel"i 4:0, "Liverpul" Portuqaliyada "Sportinq"i, "Bavariya" Almaniyada Türkiyə "Beşiktaş"ını 5:0 hesabı ilə yenib. Cavab görüşləri 6-7 mart və 13-14 martda keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21 fevral
23:45. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:0
Baş hakim: Kleman Tyurpen (Fransa)
23:45. "Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya) 2:1
Qol: Fakundo Ferreyra, 52. Fred, 71 - Cengiz Under, 41
Baş hakim: Uilyam Kollam (Şotlandiya)