
"Qarabağ" qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsini unutmayıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, hər zaman xüsusi məqamlara diqqətlə yanaşan vitse-prezident Tahir Gözəl bu gün komandayla görüşüb. Görüş Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
Daha sonra vitse-prezident həm Azərbaycan, həm də ingilis dillərində 26 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.