
İspaniya La Liqasının 26-cı turunun son matçında "Barselona" səfərdə "Las Palmas" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı Kataloniya klubu açıb. Lionel Messi 21-ci dəqiqədə fərqlənib. Matçın 48-ci dəqiqəsində isə Conatan Kalleri bərabərlik qolunu vurub.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 66-a yüksəldən "Barselona" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.