
İtaliya A Seriyasında XXVII turun daha bir vacib oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, lider "Napoli" "Roma"nı qəbul edib. Görüş qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən hesabı 6-cı dəqiqədə Lorentso İnsinye açsa da, "Roma" bir dəqiqə sonra Cengiz Ünderin qolu ilə bərabərliyi təmin edib. 26 və 73-cü dəqiqələrdə Edin Ceko "dubl" edib. 79-cu dəqiqədə Dieqo Perotti qonaqların 4-cü qolunu vurub. "Napoli" 90+2-ci dəqiqədə Dris Mertensin qolu ilə təsəlli tapıb.
Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Roma" 3-cü pilləyə yüksəlib. "Napoli" isə 69 xalla yenə birincidir. Lakin ikinci pillədəki "Yuventus"un ehtiyatda "Atalanta" ilə təxirə salınmış ev oyunu var.