Azərbaycan I Divizionunun XVII turunun sabah keçiriləcək oyunları üçün təyinatlar açıqlanıb. Sportnet.az xəbər verir ki, "Sabah" və MOİK arasında keçiriləcək paytaxt derbisi keçmiş FİFA referisi Orxan Məmmədova tapşırılıb.
9 mart (cümə)
"Sabah” – MOİK
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Roman Vasilyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Rəhman Tağıyev
Hakim-inspektor: Ceyhun Haşımov
Binə qəsəbə stadionu
"Şüvəlan” – "Mil-Muğan”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Səbuhi Soltanov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: İlham Əliyev
Hakim-inspektor: Azad Mütəllimov
AZAL Arena
Qeyd edək ki, oyunlar saat 15:00-da başlanacaq.













































































