Fransanın PSJ klubunun futbolçusu Daniel Alves İtaliya millisinin və "Fiorentina"nın futbolçusu Davide Astorinin ölümü barədə dediklərinə görə üzr istəyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə braziliyalı müdafiəçi şəxsi "Twitter" hesabında yazıb. O, heç kimi incitmək istəmədiyini bildirib: "Biz elə bir dünyada yaşayırıq ki, hər kəsə tənqidi yanaşmaq lazımdır. İstənilən halda, kimisə incitmişəmsə, üzr istəyirəm".
Qeyd edək ki, Daniel Alves otel otağında gecə yuxudan ayılmayan Davide Astorini tanımadığını, hər gün acından ölən minlərlə uşağa diqqət ayırmağın gərəkliyini vurğulayıb.