"Qarabağ"ın futbolçusu Maksim Medvedev evdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIX tur matçından sonra brifinq keçirib. Sportnet.az xəbər verir ki, təcrübəli futbolçu öncə oyunu dəyərləndirib...
- Bu gün elə oyunlardan oldu ki, istədiyimizi reallaşdıra bildik. Məşqlərdə nələri etdiksə, bu gün oyunda göstərə bildik. Bizim oyunumuz çox yaxşı alınırdı. Bəzən məşqdə alınmır. İndi oyunda hər şey alındı. Topa nəzərət eləmək planlaşdırırdıq. Rəqibin necə oynayacağını bilirdik. Oyun ürəyimizcə oldu. Qol epizodlarımız da oldu, amma istifadə edə bilmədik. Əsas odur ki, 3 xalı qazandıq."
- Bir neçə tur bundan öncə hamı "Qarabağ”ın çox qol vura bilmədiyini deyirdi. Komanda 1:0 hesablı qələbələr qazanırdı. Bu gün isə 2 qol vurdunuz. Oyundan – oyuna daha yaxşı çıxış edəcəyinizi düşünürsən?
- Biz ötən turlarda da pis oynamırdıq. Qol epizodlarımız da olurdu. Qış fasiləsindən sonra birinci oyunda "Qəbələ” ilə matçda da qol imkanlarımız oldu. Heç vaxt belə olmamışdı. Qol vura bilmirdik. Bu gün isə az imkan oldu. Amma ikisindən istifadə edə bildik. Bu sevindirici haldır. Zaman keçdikcə bir-birimizi daha da yaxşı başa düşəcəyik.
- Ramil Şeydayev də meydana çıxmadığı üçün müzakirə olunur. Bu gün isə oynadı. Ramil gözlənilənləri verə bildimi?
- Ramil gənc futbolçudur. Adı böyükdür, özü isə gənc. Onun oyun praktikası olmalıdır. Ondan sonra daha da açılacaq və futbolçuları daha da yaxşı başa düşəcək. Məşq tam başqadır. Oyunda isə ritm başqa olur. Çalışsa daha da yaxşı olacaq. Potensialı var. İnanıram ki, əsas heyətdə də yer ala biləcək.
- Ramilin milliyə kömək etməsi üçün başqa bir kluba keçməyi lazımdırmı?
- Ramil uşaq deyil. Nə düşünür, onu da eləsin.
- Sən ona nəyi məsəhət görərdin?
- Məsləhət görərdim ki, daha da çox işləsin. Komandaya daha da yaxın olsun. Hamı ilə münasibət qursun. Bəzi epizodlarda utanır. "Qarabağ” elə komandadır ki, hamı ona əl uzadar və köməklik edər. Mən istərdim ki, bizim aramızda qalsın. Oyunu mənim də xoşuma gəlir. O, çox çalışmalıdır.
- "Qarabağ” daha rahat oynayır. Artıq çempionluq da təmin olunur desək, yanılmarıq...
- Bu gün oyunumuz alınırdı. Ona görə rahat oynadıq. Bizdə boşalma yoxdur. Çoxları 10 xalı böyük fərq hesab edir. Heç nə həll olunmayıb. Belə davam etsə, yaxşı olar.
- Milli haqda düşünməyə başlamısınız?
- Xeyr.
- "Neftçi” ilə oyun barədə nə deyə bilərsən? Komanda son oyunlarda yaxşı çıxış edir...
- "Neftçi” açıq futbol oynayır. Komanda qapanmır. Bizi maraqlı oyun gözləyir. Komandanı yaxşı analiz eləyəcəyik. Baş məşqçi nə tapşırıq versə, onu yerinə yetirəcəyik. "Neftçi” yaxşı temp yığıb. Sevinirik ki, orda da millinin oyunçuları var. Biz də istəyirik ki, "Neftçi”nin ən yaxşı vəziyyəti olsun və bizimlə oynasın.