
"Qalatasaray" klubu Türkiyə Super Liqasının XXV turunda "Konyaspor"u qəbul edib.
Sportnet.az-ın məlumatına görə, İstanbuldakı "Türk Telekom Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hərçənd, hesabı 1-ci dəqiqədə qonaq komandadan Vilfrid Moke açıb. "Sarı-qırmızılar" 69-cu dəqiqədə Batefibi Qomis, 86-cı dəqiqədə isə Sinan Gümüşün qolları sayəsində qalib gəlib. Beləliklə, "Konyaspor" Sərgən Yalçın rəhbərliyi altında ilk matçında qələbəni ikinci yarıda əldən verib.
Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Qalatasaray" vahid liderə çevrilib. "Konyaspor" isə 21 xalla 17-cidir.