Topaz Premyer Liqasında çempionluq şanslarını itirən komandaların sayı 3-ə çatıb.
Sportnet.az-ın məlumatına görə, XIX turun oyunlarından sonra "Səbail" də bu sıraya qoşulub.
Daha əvvəl "Kəpəz" və "Keşlə" komandaları bu imkandan məhrum olmuşdu. Çempionatın sonuna 9 tur qalmış qızıl medal uğrunda "Qarabağ", "Qəbələ", "Zirə", "Sumqayıt" və "Neftçi"nin mübarizə aparacağı dəqiqləşib.
Digər tərəfdən, "Kəpəz" gümüş medal şanslarını da itirib. İndi Gəncə komandası ən yaxşı halda "bürünc"ə iddia edə bilər. Hərçənd, Yunis Hüseynovun baş məşqçi olduğu kollektiv sonuncu pillədən qurtulma mücadiləsi aparır.
Qeyd edək ki, hazırda lider "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyur. İndiki məqamda Ağdam komandasının qızıl, "qırmızı-qaralar"ın isə gümüş medal qazanacağı şübhə doğurmur.