1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Joze Mourinyo "Beşiktaş"ın futbolçusunu alır
İngiltərənin "Mançester Yunayted" klubu Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Anderson Talişkanı heyətinə qatmaq istəyir.
Sportnet.az-ın "abola.pt"a istinadən verdiyi məlumata görə, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo braziliyalı yarımmüdafiəçini yayda komandasında görmək istəyir. Bu transferin 40 milyon avroya reallaşacağı və Talişkanın müqavilə ilə məxsus olduğu "Benfika" ilə razılıq əldə olunduğu qeyd olunub.
Qeyd edək ki, Anderson Taliska müqavilə ilə Portuqaliyanın "Benfika" klubuna məxsusdur. "Beşiktaş" 21 milyon avro ödəyəcəyi təqdirdə yarımmüdafiəçini komandada saxlaya bilər.
Xatırladaq ki, Talişka 2016-cı ildən icarə əsasında "Beşiktaş"da çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb və 16 dəfə fərqlənib.