İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, mərasimdə püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkəcək.
Püşk nəticəsində cütlüklərin tərkibi belə formalaşıb:
Leyptsiq” (Almaniya) - "Marsel” (Fransa)
"Arsenal” (İngiltərə) - MOİK (Rusiya)
"Atletiko” (İspaniya) - "Sportinq” (Portuqaliya)
"Latsio” (İtaliya) - "Zalsburq” (Avstriya)
Qeyd edək ki, ilk oyunlar aprelin 5-i, cavab qarşılaşmaları isə aprelin 12-si olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.
---------------------
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, mərasimdə püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkəcək. Püşk nəticəsində 8 komanda 4 cütə bölünəcək. Bu komandalar aşağıdakılardır:
"Latsio” (İtaliya)
"Atletiko” (İspaniya)
"Sportinq” (Portuqaliya)
"Marsel” (Fransa)
Leyptsiq” (Almaniya)
"Arsenal” (İngiltərə)
"Zaltsburq” (Avstriya)
MOİK (Rusiya)
Püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi, eyni ölkə komandalarının bir-biri ilə düşməməsi halları olmayacaq. Yəni, cütlərin tərkibi "kor püşk" nəticəsində müəyyənləşəcək. İlk oyunlar aprelin 5-i, cavab qarşılaşmaları isə aprelin 12-də olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.
Qeyd edək ki, pükşatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.