Qətərin "Əl-Sədd” klubu ispaniyalı ulduz futbolçu Xavi Hernandezi komandada saxlamaq niyyətindədir.
Sportnet.az-ın məlumatına görə, klubun baş meneceri Turki Nasser Al-Ali, yarımmüdafiəçi ilə yola davam etmək istədiklərini söyləyib:
"İlk hədəfimiz Xavi ilə 2 illik yeni müqavilə imzalamaqdır. Amma hansı vəzifədə olacağına qərar verməmişik. O, futbolçu olaraq da davam edə bilər. Başqa bir vəzifədə də çalışa bilər. Bunu tez bir zamanda açıqlayacağıq."