Latviya Futbol Federasiyası "Mercure Riga" Kubokunda "Rezekne" və "Preyli" komandaları arasında keçirilmiş matçla bağlı araşdırmalara başlayıb.
Sportnet.az-ın məlumatına görə, səbəb görüşün şübhəli olduğuna dair ehtimallardır. Qarşılaşma "Preyli"nin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hərçənd, matçın startınadək bu komandanın 1:0 hesabı ilə qalib gəlmə əmsalı 12,00 olub.
Federasiyadan bildirilib ki, qurum bu turnirin təşkilində iştirak etməsə də, şübhəl nəticələrə diqqət ayırmağa borcludur.