Futbol üzrə Azərbaycan milli komandasının Millətlər Liqasındakı rəqiblərindən Malta yığması yoxlama matçı çərçivəsində Finlandiya ilə üz-üzə gəlib.
Sportnet.az-ın məumatına görə, yığmamızın rəqibi bu görüşdə 0:5 hesabı ilə məğlub olub.
Matçda hesab 13-cü dəqiqədə açılıb. Temu Pukki fərqlənib. 23-cü dəqiqədə Kalle Taimi fərqi iki topa çatdırıb. 27-ci dəqiqədə isə Pukki özünün ikinci komandasının 3-cü qoluna imza atıb. Qarşılaşmada növbəti qolu 85-ci dəqiqədə Fredrik Yansen vurub. Görüşdə sonuncu qol isə 88-ci dəqiqəyə təsadüf edib. Soyri Puri darmadağında pay sahibi olub.
Qeyd edək ki, Malta bundan əvvəlki yoxlama oyununda Luksemburqa 0:1 hesabı ilə uduzub.