"Bu gün mütləq qələbə qazanmalı idik. Oyunumuz o qədər yaxşı olmasa da, sevinirəm ki, sonda sevinən tərəf biz olduq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter"in gənc hücumçusu Freddi Quarin deyib.
Avropa Liqasının qrup mərhələsinin ikinci tur oyununda "Qarabağ"a qol vurmaq istəsə də, fərqlənə bilməyən Kolumbiya millisinin üzvü oyundan sonra verdiyi açıqlamada deyib ki, əsas olan 3 xal idi: "Əlbəttə, mən də qol vurmaq arzusundayam və hər dəfə meydana fərqlənmək üçün çıxıram. Lakin hərdən oyunumuz yaxşı alınmır. Məsələn, "Qarabağ"la görüşdə deməzdim ki, tam istədiyimiz kimi oynadıq. Hər halda vacib olan qalib gəlmək idi, bunu bacardıq".
Qeyd edək ki, "İnter"in 2:0 hesabı ilə qalib gəldiyi oyunda qolları Danilo D`Ambrpzio və Mauro İkardi vurub.