17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının elit-raund mərhələsində bu gün sonuncu oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçilik etdiyi kollektiv İslandiyalı həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığma komandasının 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Millinin heyətində Dilara Soley Deli fərqlənib.