İtaliyanın "Roma" klubunun və Belçika milli komandasının futbolçusu Raca Naynqolan sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cərimələnib.
Sportnet.az-ın məlumatına görə, Belçika məhkəməsi yarımmüdafiəçinin 1600 avro ödəməsini tələb edib.
İttiham hökmü ötən il Belçika və Yunanıstan yığmaları arasında keçirilən və 1:1 hesabı ilə başa çatan yoldaşlıq matçından sonra baş vermiş hadisə ilə bağlıdır.
30 yaşlı futbolçu həmin qarşılaşmadan sonra dostu ilə birgə gecə klubundan çıxarkən sərxoş vəziyyətdə saxlanılıb. Naynqolan ona qarşı irəli sürülən ittihamları inkar edib.