1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klublarımıza 100 milyon avroluq məhdudiyyət
2018-2019 mövsümündən etibarən Avropa klubları futbolçu transferlərinə maksimum 100 milyon avro xərcləyəcəklər.
Sportnet.az-ın məlumatına görə, bu barədə Avropa Klublar Assosiasiyasının (ECA) İtaliyanın paytaxtı Romadakı Baş Assambleyasında qərar qəbul olunub. Qərar UEFA İcraiyyə Komitəsinin 24 may toplantısında təsdiqləndikdən sonra növbəti mövsümdən qüvvəyə minəcək.
Belə məhdudiyyətə Fransa PSJ-sinin bu mövsüm Neymar və Kilian Mbappeninin transferlərinə 400 milyon avro xərcləməsindən dolayı narahatlıq səbəb olub.
Yeni qaydalara əsasən, klublar bundan sonra gerçəkləşdirəcəkləri keçidlər zamanı yalnız transfer haqqı və futbolçuların əmək haqlarını deyil, menecerlərə də ödənilmiş məbləği rəsmi saytları vasitəsilə açıqlamalı olacaqlar.
UEFA isə bundan sonra maliyyə klubların feyr-pleyi ilə bağlı məsələlərinə daha tez müdaxilə edəcək. İndiyədək Avropa futbol qurumu 18 - 22 ay ərzində müdaxilə edə bilirdisə, artıq vaxtında analiz apararaq, mövcud durumu üzə çıxarması mümkün olacaq.
Qeyd edək ki, Azərbaycan klublarından Bakı "İnter"i (hazırkı "Keşlə") maliyyə feyr-pleyini pozduğu üçün 2016-2017 mövsümündə Avropa kuboklarına buraxılmayıb, klubun 2017-ci ilin qış və yayında transferlər etməsinə qadağa qoyulub.