
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində dünən İtaliyada keçirilmiş "İnter" - "Qarabağ" oyunundan sonra "İnter"in qapıçısı Xuan Pablo Karrizo matç haqqında fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan 30 yaşlı əlcək ustası, oyunun istədikləri kimi alınmadığını bildirib:
"Bu qələbə bizdə özünəinam yaratdı. "Kalyari"yə məğlubiyyətdən sonra "Qarabağ"la oyun önəmli idi. Bu axşam bizim üçün yaxşı keçdi. Çox xoşbəxtik. Baxmayaraq ki, oyun istədiyimiz kimi alınmadı, ancaq qrupda irəliləmək yolunda vacib xallar qazandıq. Azarkeşlərimiz də irad bildirməkdə haqlıdırlar. Çünki onlar bilet alıb bu oyuna gəlirlər. Bu qələbə "Fiorentina" ilə oyuna daha inamlı getməyimizə imkan yaradacaq".
Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı 2:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı 2:0 hesabı ilə yekunlaşıb.












































































