Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən Fransada "Sent Etyen"lə qolsuz heç-heçəyə razılaşan "Dnepr" növbəti turda "Qarabağ"ı məğlub etməlidir. Sportnet.az-ın məlumatına görə, Ukrayna klubunun yarımmüdafiəçisi Bruno Qama bu fikirdədir.
Dnepropetrovskluların zədədədn yeni qayıdan portuqaliyalı üzvü fransızlarla oyundan sonra verdiyi açıqlamada bildirib ki, "Qarabağ"la görüşdə meydana yalnız 3 xal üçün çıxacaqlar: "Biz bu gün qrupdan çıxmaq uğrunda mübarizə aparan komanda ilə səfərdə heç-heçə oynadıq. Hesab edirəm ki, bərabərliyin məhz səfərdə qeydə alınması yaxşı nəticədir. Əlbəttə, penaltini vura bilsəydik, daha yaxşı olardı. Amma nə etmək olar, "Qarabağ"la oyunu gözləyək. Oktyabrın 23-də biz bu oyundan qələbə ilə ayrılmalıyıq".
Qeyd edək ki, ilk turda evdə "İnter"ə uduzan (0:1) "Dnepr" səfərdə "Sent Etyen"lə 0:0 etdi.