
2007-ci ildən İngiltərə Premyer Liqasında çıxış edən Uilson Palasios şəxsi həyatında baş vermiş faciə haqında açıqlama verib. Sportnet.az-ın məlumatına görə, honduraslı futbolçu "Birmingem" klubu ilə müqavilə bağladıqdan sonra 15 yaşlı qardaşı Edvin quldurlar tərəfindən oğurlanıb.
Palasios qardaşının azad olunması üçün tələb olunan 330 min funt-sterlinqi ödəsə də, cinayətkar dəstə onu öldürüblər. O, qardaşının cəsədini 19 aydan sonra tapdıqlarını bildirib. Hal-hazırda "Stoke City"də çıxış edən Palasios Gənclərin cinayətkar dəstələrə qoşulmaması üçün təşkil olunan tədbirdə bu barədə xatirələrini bölüşüb.