1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid Hüseynov: "Bu cür görüşlərin atmosferi tam fərqli olur"
"Qəbələ”nin kapitanı Cavid Hüseynovun Azərbaycan Premyer Liqasının XXV turunda "Kəpəz” üzərində 3:0 hesablı qələbədən sonra Sportnet.az-a müsahibə verib.
O, əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:
- Oyunun asan keçməyəcəyini düşünürdük ki, əslində, bu, belə də oldu. Sadəcə, əlimizə düşən imkanları qola çevirməyi bacardıq. İlk yarıda 3 qolluq üstünlük qazandıq. Fasilədən sonra hesabı qorumaq barədə düşündük və istəyimizə çatdıq.
- Xeyli müddət idi ki, evdə azarkeşlərinizə qələbə sevinci baxş etmirdiniz...
- Həqiqətən də evdə çoxdan idi qalib gələ bilmirdik. Şükürlər olsun ki, bu dəfə bacardıq və fanatlarımızı böyük hesablı qələbəylə sevindirdik.
- Mayda "Keşlə”ylə Kubokun final matçı var. Rəqibin turnir cədvəlindəki mövqeyi arxayınçılığa əsas vermir?
- Qətiyyən! "Keşlə” yaxşı komandadır. Hazırda da uğurlu qrafik cızmaqla yanaşı, yaxşı oyun sərgiləyirlər. Final bir oyundan ibarətdi. Bu cür görüşlərin atmosferi tam fərqli olur. Həmin matça çox ciddi hazırlaşırıq.