AFFA İntizam Komitəsi "Kəpəz" və "Sumqayıt" klublarını cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna azarkeşlərin müvafiq olaraq, "Qəbələ" və "Səbail"lə Azərbaycan Premyer Liqasının XXV tur matçındakı davranışları səbəb olub. Gəncəli fanatlar Qəbələ şəhər stadionundakı qarşılaşmada oturacaqları sındırıblar.
İntizam Komitəsi qərara alıb ki, stadiona dəymiş ziyan əsasında "Qəbələ” klubunun təqdim edəcəyi hesab "Kəpəz” klubu tərəfindən ödənilsin.
Sumqayıtlı azarkeşlər isə "Səbail”lə matçın ikinci hissəsində meydana kənar əşyalar atıblar. Bu isə kluba 1600 manat cərimə bahasına başa gəlib.